Şrift:
Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb
10.07.2020 [13:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 10-da jurnalistlərlə görüşündə bu barədə məlumat yayan Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan deyib ki, hazırda Hormozqan əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında 493 xəstə müalicələrini davam etdirirlər: “Hazırda həmin xəstələrdən 79-u reanimasiya şöbələrində həkimlərin nəzarəti altında saxlanılırlar və təəssüflər olsun ki, onlardan 46 nəfərinin vəziyyəti ağırdır.


Hesab edirik ki, Hormozqanda koronavirusun yayılmasının qarşısını almaq üçün, insanlar hər zaman maska taxmalı, başqalarından məsafə saxlamalı, imkan daxilində ictimai məkanlardan uzaq gəzməli, toy və yas mərasimlərinə qatılmaqdan çəkinməli və Hormozqan Tibb Universitetinin xəstəliklə bağlı etdiyi tövsiyələrə əməl etməlidir” -deyə, Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan bəyan edib.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed