Şrift:
Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub
13.07.2020 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Daha öncə Kərim Sadıqzadə və Qulamhüseyn Məsudi Reyhanın da “Covid-19” testləri pozitiv çıxıb.





Şuranın Memarlıq və Şəhərsalma Komissiyasının sədri olan Babai Əqdəm Təbrizin tarixi abidələri ətrafında aparılan qeyri-qanuni inşaat işlərinə qarşı çıxışları ilə tanınır.





Xatırladaq ki, Şərqi Azərbaycan əyalətində yerli məsullar arasında koronavirusa yoluxma faktı dəfələrlə qeydə alınıb. Ötən aylarda Təbriz Bələdiyyə İdarəsinin Təhlükəsizlik və Yanğınsöndürmə Xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə, Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı idarəsinin direktor müavini Həbib Şərifiyan və bir neçə həkim, o cümlədən Tufarqan (Azərşəhr) şəhərinin “Mədəni” xəstəxanasının rəisi Mir Abbas Haşimi koronavirusdan vəfat edib.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed