Şrift:
Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub
14.07.2020 [09:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəhərlənmə nəticəsində ölənlərin 25-i kişi, 6-sı isə qadın olub.





Güney Azərbaycan əyalətləri arasında dəm qazından zəhərlənmə nəticəsində ən çox ölüm faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Bu əyalətdə cari ilin ilk ayında (mart 21-dən may 21-dək) 1-i qadın olmaqla 12 nəfər dəm qazından ölüb.





İranın Tibbi Ekspertiza Mərkəzinin verdiyi statistikaya əsasən, həmin müddətdə Zəncanda 8, Ərdəbildə 7, Qəzvində 2, Həmədanda 1 və Qərbi Azərbaycanda 1 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed