Şrift:
Həsən Ruhani: "25 milyon vətəndaşın koronavirusa yoluxduğu ehtimal edilir"
19.07.2020 [13:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ruhaninin sözlərinə görə, bu barədə Səhiyyə nazirinin tədqiqat işləri üzrə müavininin ona təqdim etdiyi araşdırmaad deyilir.


Onun sözlərinə görə, bu günə qədər ölkə xəstəxanalarında 300 mindən çox Covid-19 infeksiyasından müalicə alıb.


Ruhani qeyd edib ki, qarşıda daha 30-35 milyon insanın infeksiyaya yoluxacağı, xəstəxanalarda müalicə ediləcək xəstələrin sayının 2 dəfədən çox artacağı proqnozlaşdırılır.


Qeyd edək ki, rəsmi statistikalara əsasən, bu günə qədər İranda ümumilikdə 271 606 nəfər koronavirusa yoluxub, 13979 xəstə vəfat edib.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed