Şrift:
Güney azərbaycanlı milli fəal 6 ay həbs cəzasına məhkum edilib
19.07.2020 [13:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli fəalın məhkəməsi iyulun 14-də Təbrizdə İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilmişdi.





Hüseyni Müqəddəm 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı.





O, 3 ay nəzarət altında qaldıqdan sonra fevralın 25-də mülki girov qarşılığında Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb.





Hüseyni Müqəddəm daha öncə də 2008 və 2016 illərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, “sistemə qarşı təbliğat aparmaq”da günahlandırılmış, 6 ay azadlıqdan məhrum edilmişdi.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed