Şrift:
İranda daha 209 nəfər koronavirusdan ölüb, 2182 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
19.07.2020 [14:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 19-da bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 14 min 188 nəfərə, pandemiya xəstəliyinə yoluxanların ümumi sayı isə 273 min 656 nəfərə yüksəlib.


Sima Sadat Larinin bildirdiyinə görə, indiyə qədər 237 min 788 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3556 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 14 188 nəfərə, yoluxanların sayının isə 273 656 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 74 000 nəfəri keçdiyini, 3 milyon 500 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed