Şrift:
Operativ Qərargah: Azərbaycanda COVID-19-dan sağalanların sayı 19 minə yaxınlaşır
19.07.2020 [19:50] - Xəbərlər, Siyasət
Ötən sutka ərzində koronavirus infeksiyasına 388 yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 min 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib. Aktiv xəstə sayı 8200 nəfərdir.

Ötən müddət ərzində 627 min 881 test aparılıb. Bugünkü test sayı isə 8095-dir.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed