Şrift:
Nüfuzlu beynəlxalq institut Azərbaycanın xarici siyasəti haqqında məqalə dərc edib
01.11.2012 [11:16] - Xəbərlər, Gündəm
Yaxın Şərq və Qalf Hərbi Araşdırmalar İnstitutu Azərbaycanın xarici sitasətində əldə etdiyi uğurlar haqqında analitik məqalə dərc edib.

İnstitutun rəsmi saytı xəbər verir ki, məqalədə qeyd olunur ki, ötən on il ərzində enerji və regional təhlükəsizlik sahəsində Azərbaycan keçmiş sovet ölkələri arasında ən strateji dövlətlərdən birinə çevrilib. Avropa və Asiya arasında coğrafi mövqeyi Azərbaycana stabilliyi xarici siyasət proqramının əsas sütununa çevirməyə imkan verir.

Məqalə müəllifi qeyd edir ki, bu il Azərbaycan üçün əhəmiyyətli hadisələrlə başladı. Belə ki, ölkə BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi öz üzərinə götürdü, may ayında isə Qoşulmama Hərəkatına üzv oldu. Azərbaycan böyük neft və qaz ehtiyyatları ilə xarici siyasətini balanslaşdırmağa nail oldu.

Məqalədə vurğulanır ki, Azərbaycan 2007-ci ildə qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyası çərçivəsində beynəlxalq və regional təhlükəsizliyə öz töhfəsini verir.

Məqalədə, həmçinin Azərbaycanın xarici əlaqələri və beynəlxalq təşkilatlarda rolu, iqtisadi və sosial inkişafı haqqında söhbət açılır.
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed