Şrift:
Tehranın icra başçısı "Beheşti-Zəhra" qəbirsanlığının "ad günü yubileyi"ni qeyd edib
20.07.2020 [14:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə onun "Telgram" mesajlaşma proqramında fəaliyyət göstərən kanalı məlumat yayıb.


"Beheşti-Zəhranın 50 yaşı tamam oldu. Allah bu torpaq parçasında basdırılan hər kəsə rəhmət etsin", - deyə Məhəmmədəli Əbtəhi qeyd edib.


Məlumatda həmçinin bildirilir ki, bu münasibətlə baş tutmuş ziyafətə "möhtərəm" qonaqlar dəvət edilib və tort kəsilib.


İranın bəzi media orqanları paytaxt merinin belə ziyafət təşkil etməsini kəskin tənqid ediblər. Onlar hazırda Tehranın özündə minlərlə insan və ailənin yaşamağa evi olmadığı halda, icra başçısının ölülər üçün yer olmasından ağız dolu danışmasını tənqid ediblər.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed