Şrift:
İranlı rəsmi: “Koronavirusa yoluxan uşaqların sayı artıb”
21.07.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, hazırda ölkənin Mazandaran, Rəzəvi Xorasan və Fars əyalətlərində koronavirus pandemiyasına yoluxanların sayı sürətlə artmaqdadır: “Biz, sözü gedən həmin əyalətlərdə xəstəliyin pik nöqtəsinin nə zaman başa çatacağını bilmirik. Lakin bu məsələ əhalinin xəstəliyə olan münasibətindən, onların rəftar və davranışından asılıdır. Çünki, insanlar gigiyena qaydalarına riayət etsələr, sözsüz ki, yoluxanların sayı da azalar.


Təəssüflər olsun ki, bu ilin mart ayına nisbətən, hazırda koronavirusa yoluxan uşaqların sayı artmaqdadır. Bunun isə əsas səbəblərindən biri, ailələrin keçmişlə müqayisədə pandemiya xəstəliyinə olan həssaslığının azalması, məsələni ciddiyə almamasıdır.


Əfsuslar olsun ki, ölkənin bir sıra əyalətlərində insanlar gigiyena qaydalarına riayət etmir, maska belə taxmırlar. Bəzi əyalətlərdə isə əhalinin yalnız 50%-indən azı maska taxır, Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl edirlər. Bundan başqa, bir çox hallarda insanlar toy və yas mərasimlərinə və digər toplantı və yığıncaqlara qatılırlar. Bu isə xəstəliyin geniş yayılmasına səbəb olur. Məhz buna görədir ki, biz pandemiya xəstəliyinin yayılma prosesi barədə hər hansı bir proqnoz verə bilmirik.


Bir daha bildirirəm ki, koronavirusun yayılmasının qarşısını almaq və onu nəzarətdə saxlamaq insanların rəfarından və onların pandemiya xəstəliyinə olan münasibətindən asılıdır” -deyə, İran səhiyyə nazirinin müavini Qasım Canbabayi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed