Şrift:
Zəncan əyaləti yollarında baş verən qəzaların sayı 208% artıb
27.07.2020 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Zəncan əyaləti Yol Polis İdarəsinin rəis müavini polkovnik Məhəmməd Əli Əzimi məlumat verib.

“Cari ilin xordad ayında (mayın 21-dən iyunun 21-dək) Zəncan əyalətində 37 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib,” deyə o bildirib.





Əzimi həmin dövrdə baş verən yol qəzalarında ölənlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 nəfər arıtdığını qeyd edib.

Yol Polisi İdarəsinin rəis müavini ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin ən çox Xudabəndə və Əbhər vilayətlərində baş verdiyini bildirib.





“Cari ilin ilk 3 ayında (mart 21-iyun 21) baş verən yol qəzaları nəticəsində 58 nəfər dünyasını dəyişib. Bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 46 nəfərdən ibarət idi- 26 faiz çoxalma göstərir,”





Məlumata görə, ötən il əyalətdə baş verən yol qəzalarında 258 nəfər, əvvəlki il isə 270 nəfər həyatını itirib.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed