Şrift:
Azərbaycana dəstək aksiyasında həbs olunan milli fəalların son vəziyyəti
27.07.2020 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli fəallar Rəhim və Sədullah Sasani keçən həftə Təbriz Mərkəzi Həbsxanasından “Sepah”ın həbsxanasına aparılıblar.





Təbriz şəhərində Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı saxlanılan Yasəmin Zəfəri, Həkimə Əhmədi və Məqsud Fəzli Çimənzəmindən də 6 gündür ki heç bir məlumat yoxdur. Təbrizin milli fəalları bu 3 aksiyaçının da Sepah”ın həbsxanasına köçürüldüyünü təxmin edirlər.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ABŞ və bir neçə ölkə tərəfindən terror təşkilatı olaraq tanınır.





İranın təhlükəsizlik qüvvələri iyulun 23-də Yasəmin Zəfərinin evinə hücum edib axtarış apardıqdan sonra, milli fəalın şəxsi əşyaları müsadirə ediblər. Təhlükəsizlik qüvvələri həmçinin iyulun 25-də Rəhim və Sədullah Sasaninin evlərinə gedərək axtarış aparıb, onlara məxsus şəxsi əşyalar, o cümlədən bir neçə kitabı özləri ilə götürüblər.





Azərbaycan Respublikasına dəstək məqsədilə Tehranda Ermənistan səfirliyi qarşısında keçirilən aksiyada saxlanılan Həmid Cabbarlının vəziyyətindən də məlumat yoxdur.

Tehran sakini milli fəal iyulun 16-da təhlükəsizlik qüvvələri tərəfindən tutulandan sonra sadəcə bir dəfə ailəsi ilə əlaqə saxlaya bilib.





Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları iyulun 16-da müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.

Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed