Şrift:
İrəc Hərirçi: “Xəstəxanalara yerləşdirilənlərin sayı azalmasa, biz hər gün 200 ölüm halının şahidi olacağıq”
27.07.2020 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Öz açıqlamasında paytaxt Tehranın sürətlə yayılmaqda olan koronavirus infeksiyasının mənbəyi olduğunu bildirən İrəc Hərirçi deyib ki, pandamiya xəstəliyi ilə bağlı vəziyyət heç də yaxşı deyil: “Hesab edirik ki, əgər “Covid-19” infeksiyasına yoluxanların və xəstəxanalara yerləşdirilənlərin sayı azalmasa, biz ölkədə hər gün ən azı 200 ölüm halının şahidi olacağıq.


Ölkənin digər əyalətlərindəki duruma gəlincə, vəziyyət yenə ürəkaçan deyil. Misal üçün, hazırda Rəzəvi Xorasan əyalətində xəstəliyə yoluxma halları 300% artıb. Baxmayaraq ki, Rəzəvi Xorasan Tibb Universitetinin həkimləri və digər tibbi personalı xəstəliklə mübarizdə yaxşı fəaliyyət göstərirlər, lakin vəziyyət yenə mürəkkəbdir.


Hazırda pandemiya xəstəliyinin geniş yayılması baxımından demək olar ki, bütün ölkə qırmızı vəziyyətdədir. Fövqəladə hal vəziyyətində olmayan bir neçə əyalət varsa da, onların əhalisi 1 milyondan aşağıdır.


Düşünürəm nə qədər ki, koronavirusa yoluxma halları artan templə davam edir, biz iki-üç həftədən sonra xəstəlikdən ölənlərin sayının yenə artacğının şahidi olacağıq. Belə ki, infeksiyaya yoluxma səbəbilə xəstəxanalara yerləşdirilənlərin 5, yaxud 10%-i xəstəlikdən vəfat edəcəklər. Belə olduqda isə bzdə 200-lük ölüm halları davam edəcək.


Məhz bunları nəzərə alaraq, hesab edirik ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün insanlar verilən bütün tövsiyələrə əməl etməli, gigiyena qaydalarına riayət etməli, maska taxmalı, ictimai məkanlardan uzaq gəzməli və lazımsız səyahətlərdən vaz keçməlidir” -deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed