Şrift:
İsveçrə ilə İran arasında humanitar kanal vasitəsilə ilk ticari əməliyyat icra edilib
27.07.2020 [13:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə İsveçrə hökumətinin bu gün yaydığı bəyanatda məlumat verilir.


Bildirilir ki, bu gün İsveçrənin dərman istehsalı ilə məşğul olan şirkətlərindən biri sözügedən mexanimzdən istifadə etməklə, İrana ehtiyac duyduğu tibbi ləvazimatları göndərib.


Bəyanata əsasən, mexanizmə qoşulan şirkətlərin sayı artmaqdadır və qısa müddət sonra növbəti ticari əməliyyatların həyata keçirilməsi planlaşdırılır.


Qeyd etmək lazımdır ki, sözügedən kanal iyul ayının əvvəllərində işə salınıb. Bu mexanizm çərçivəsində Avropa şirkətləri Amerika sanksiyalarına məruz qalmadan İrana qida və tibbi ləvazimatlar kimi müxtəlif humanitar məhsulları sata bilərlər.


Digər tərəfdən, ABŞ hökuməti dəfələrlə bəyan edib ki, İranla humanitar məhsullar sahəsində ticari tərəfdaşlığa sanksiya tətbiq etməyib.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed