Şrift:
Bağdadda "Sepah"a aid baza raket hücumuna məruz qalıb
28.07.2020 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə dünən məlumat yayan İraq mediası partlayışların səbəbini raket hücumu ilə əlaqələndirib.


İraq parlamentinin deputatı Falih əl-Xəzəli isə bildirib ki, bazada partlayışlar Amerika və İsrailin pilotsuz uçan aparatlarının oranı bombalaması nəticəsində baş verib.


Bəzi media orqanları isə bildirirlər ki, partlayışlardan bir müddət əvvəl bazanın üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter uçuş edirmiş. Buna görə də, bazanın ABŞ HHQ tərəfindən bombalanması da ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed