Şrift:
Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb
28.07.2020 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, iyulun 27-də saat 02:35 radələrində baş verən zəlzələ, Tufarqan (Azərşəhr) şəhərinin yaxınlığında qeydə alınıb.





Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Məhəmməd Bağır Hünərbər zəlzələnin episentrinin yerin 8 kilometr dərinliyində olduğunu deyib.





Onun sözlərinə görə, Tufarqan zəlzələsində ölən və yaralanan olmayıb.





Zəlzələnin hər hansı bir dağıntıya səbəb olub-olmaması barədə məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed