Şrift:
İran Amerikanın hərbi gəmisinin maketini Hörmüz boğazına aparıb
28.07.2020 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan peyk görüntülərində İran hərbçilərinin 300 metr uzunluğunda, 50 metr enində olan həmin maketi Bəndər Abbasdan qeyd edilən istiqamətə doğru apardıqları müşahidə edilir.


Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan xəbərlərlə əlaqəli "əl-Cəzirə" telekanalına verdiyi müsahibədə iddia edib ki, bu addım hansısa tərəfə mesaj göndərmək məsqəsilə atılmayıb, sadəcə "vursanız, vurarıq" mənasını ifadə edir.


"Ölkəmizin Silahlı Qüvvələri həmişə mümkün real döyüş səhnəsini ya qeyri-hərbi xarakterli tədbirlərlə, ya da hərbi təlimlərlə canlandıraraq ona hazırlaşır", - deyə Hüseyn Dehqan fikrini tamamlayıb.


Bu addım onu göstərir ki, İranın hərbi qüvvələri, xüsusən "Sepah" terror təşkilatı hərbi dəniz təlimlərinə hazırlaşır.


2015-ci ildə "Sepah" keçirdiyi hərbi manevrlərdə hazırlanmış ABŞ gəmisinin maketini 4 raketlə vursa da, o batmamışdı. "Sepah" yaydığı bəyanatda iddia etmişdi ki, bu maket gələcək təlimlərdə də təmir edilib istifadə edilmək üçün nəzərdə tutulduğundan, batmayacaq keyfiyyətdə dizayn edilib.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed