Şrift:
Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb
03.08.2020 [15:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hadisə Təbrizin “Şəhid Kəsayi” magistral yolunda baş verib. Belə ki, yüksək sürətlə hərəkət edən “Mersedes” markalı minik avtomobili “Pejo RD”, “Saina” və “Pejo Pars” markalı avtomobillərə çırpılıb.





Qəza zamanı həmçinin 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed