Şrift:
Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət
12.08.2020 [14:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 193 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 804 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 108 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 33 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 12 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 957 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 2 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 388 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 488 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 353 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, 343 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 43 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 6 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.





Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 56 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 283 nəfər xəstəxanalarda müalicə alır.

O həmçinin keçən gün daha 3 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 309 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 425 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed