Şrift:
İranda daha 188 nəfər koronavirusdan vəfat edib, 2510 yeni “Covid-19”a yoluxma halı qeydə alınıb
12.08.2020 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 12-də mediaya açıqlamasında məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 18 988 nəfərə, virusa yoluxanların sayı isə 333 699 nəfərə çatıb.


Xanım Larinin bildirdiyinə görə, indiyədək 290 244 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3940 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 18 988 nəfərə, yoluxanların sayının isə 333 699 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 87 500 nəfəri keçdiyini, 7 milyon 150 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed