Şrift:
Saxlanılan milli fəal Cavad Ruhinəjad Qoşaçay həbsxanasına köçürülüb
13.08.2020 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təhlükəsizlik idarəsi tar müəllimi olan Ruhinəjadın mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmasına icazə verməyib.





Məmurlar milli fəalı iş yerində həbs etdikdən sonra onun öz evində, eləcə də atası və qayınatası evində axtarış aparıblar. Məlumata əsasən, təhlükəsizlik qüvvələri Ruhinəjada məxsus bir çox şəxsi əşyanı, o cümlədən mobil telefonu, kompüter, kitab və yaddaş kartlarını özləri ilə götürüblər.

Milli fəalın hansı səbəbdən saxlandığı barədə hər hansı məlumat verilməyib.





Bəzi məlumata əsasən, Sayınqala məhkəməsi tərəfindən Ruhinəjadın sərbəst buraxılması üçün 200 milyon tümənlik zəmanət qəbul edilib. Lakin Sayınqala təhlükəsizlik idarəsi bu qərara qarşı çıxaraq onun ilk məhkəmə iclasına qədər (saxlandıqdan 15 gün sonra) həbsdə qalacağını bildirib.





Ruhinəjad Təbrizin “Şəhid Mədəni” universitetində ərəb dili və ədəbiyyatı ixtisasından məzun olub. O, daha sonra Soyuqbulaq universitetində türkcə-ərəbcə tətbiqi ədəbiyyat ixtisası üzrə təhsilini magistratura pilləsində davam etdirib.





Ruhinəjad Sayınqala və Tikantəpə şəhərlərində Azərbaycan tarı üzrə onlarca tələbə yetişdirib.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed