Şrift:
Azərbaycanda yeni medal
06.11.2012 [13:01] - Gündəm, Mədəniyyət
Noyabrın 5-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” medalının əsasnaməsi açıqlanıb. 2012-ci il 1 oktyabr qanunu ilə təsdiqlənmiş əsasnaməni AzərTAc təqdim edib.

Maddə 1. Təltif edən şəxslər

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştiraka görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Tərəqqi” medalından sonra taxılır.
Bu xəbər oxucular tərəfindən 1429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed