Şrift:
Qaradağda mikroavtobusun yol kənarında dayanan yük avtomobilinə çırpılması nəticəsində bir nəfər ölüb
11.09.2020 [11:01] - Gündəm, Hadisə
Paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed