Şrift:
İşğaldan azad edilən ərazilərdə qarğıdalı biçininə hazırlıq işləri görülür
21.09.2020 [11:27] - Gündəm, İqtisadiyyat
Sədərək rayonunda işğaldan azad edilmiş ərazilərimizdə əkilən qarğıdalı sahələrində biçinə hazırlıq işləri görülür.

Biçinə hazırlıq məqsədilə kombaynlar, maşın və mexanizmlər saz vəziyyətə gətirilib.

Ərazilərdəki məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub, yeni yol və elektrik xətləri çəkilib. Qarğıdalı bitkisinə aqrotexniki qulluq göstərilməsi, xüsusən də təsərrüfat suyunun bolluğu məhsuldarlığa müsbət təsir edib.

Qeyd edək ki, sərhədlərimizin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin rahat yaşayışına və lazımi təsərrüfat işlərinin görülməsinə stimul verib. Bu gün sərhəd bölgəsində əkinəyararlı torpaqlardan maksimum bacarıqla istifadə olunur, dənli-paxlalı bitkilər, xüsusən də taxıl və qarğıdalı əkinlərinə üstünlük verilir.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed