Şrift:
Professor Qulamrza Səbri-Təbrizinin "YARANIŞ" kitabının təqdimat mərasimi keçiriləcək
13.11.2012 [11:35] - Gündəm, Mədəniyyət
Edinburq Univsertitetinin professoru Qulamrza Səbri-Təbrizinin "YARANIŞ" kitabının təqdimat mərasimi keçiriləcək
16 noyabr 2012-ci il tarixdə, saat 14-00-da Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzində dünya şöhrətli alim, Azərbaycanın mühacir şair və ədəbiyyatşünası, Edinburq Univsertitetinin professoru Qulamrza Səbri-Təbrizinin "YARANIŞ" kitabının təqdimat mərasimi keçiriləcək. Azərbaycan Dövlət Nəşriyyatının oxuculara təqdim etdiyi kitaba müəllifin sоn illərdə yаzdığı şеirləri və “Ruhun tüğyanı” adlı poeması daxil edilmişdir. Qeyd edək ki, bu kitab professor Təbrizinin fəlsəfəsinin bir ədəbi formada nümayiş etdirilməsidir. Fəlsəfə elminə yeni bir “Vəhdəti-vücud fəlsəfəsi, sadə və ayrı formada desək, maddənin varlığı və insanın ruhunda inkişafa kömək etməsi fikrini gətirən professorun şeirləri özündə vətən, sevgi, birlik, hərmyəlik və digər fikirləri cəmləşdirir.
Xüsusilə kitabda qeyd edilən
Yenidən dünyaya gəlsəm,
Tələb edərəm –
Bütün din başçılarından
Əl çəkin məndən.
Qoyun özüm tapım dinimi.
İnsaniyyət dinini.
Sevin insanları –
Rənginə görə deyil,
Ləyaqətinə görə.
Hörməyin bu divarları
İnsanlar arasında.
Mankurt etməyin millətləri...... adlı şeiri onun vəhdədi-vücud fəlsəfəsinin tam aydın görünməsinə imkan yaradır. Professor haqlı olaraq yazır ki, vəhdəti vücudun olmaması insanın ruhunda ikilik, xəstəlik yaradır. Yəni insan həmişə bölünmüş şəxsiyyətdən psixoloji və ruhi xəstəliklərə düçar olur. Bu ziddiyyətin yaranması tarixdə böyük faciələr törədibdir. Demək olar ki, maddi təminatın olmaması insanın daxilində çatışmazlıq, boşluq yaradır.
Bu önəmli və mühüm əhəmiyyət kəsb edən bir kitabla tanış olmaq üçün hər bir şəxsi qeyd edilən tarixdə Bakı şəhəri, İstiqlaliyyət küçəsi 8-ünvanda yerləşən mərkəzdə keçirilən təqdimatda iştirak etməyə dəvət edirik.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed