Şrift:
Tehranın Evin zindanında bloqçunun müəmmalı ölümü
14.11.2012 [10:41] - Güney Azərbaycan xəbərləri
Tehran prokuroru bloqçu və müxalifət tərəfdarı sayılan Səttar Behitinin qətli ilə bağlı bir neçə nəfəri həbs olunduğunu bildirib.

O, noyabrın əvvəlində həbsxanada müəmmalı şəkildə keçinib.

Prokurorun sözlərinə əsasən, həbslər həftənin bazar ertəsi günü həyata keçirilib. O, həbs olunanların dəqiq sayı və kimlikləri barədə məlumat verməyib. Bununla belə 10 gündən sonra araşdırmaların ilkin nəticələrinin açıqlanacağını söyləyib.

Səttar Behişti bu il oktyabrın 31 –da öz evində tutulub. Hüquq müdafiəçiləri onun həbsxanada işgəncə nəticəsində öldüyünü ehtimal edirlər. Tutulanadək onun hədələndiyi də bildirilir.
İrandakı insan haqları ali şurası məsələyə dair yaydığı bəyanatda vurğulanıb ki, olay «ciddi şəkildə araşdırılacaq» və bütün suçlular «tez, güzəştsizi cəzalandırılacaqlar».

Qeyd edək ki, “Facebook” ictimai şəbəkənin fəallarından sayılan 35 yaşlı Səttar Behişti saxlanıldığı Tehranın Evin zindanında keçinib.
O, oktyabrın 31-də atasının mənzilində tutulmuşdu. Həmin vaxt evdə yoxlama aparılmış, bloqçunun kompüteri, əlyazmaları və bir sıra digər şəxsi əşyaları götürülmüşdü.
Səttar Behiştinin bacısı İrandakı hüquq müdafiəçilərinə açıqlamasında deyib: “Noyabrın 5-də həyat yoldaşımı zindana çağırıb bildirdilər ki, get Səttarın xəstəlikdən öldüyünü anasına xəbər ver, məzar yeri götürün, sabah da gəlib meyiti təhvil alın. Qardaşımı evdə tutub aparanda o, sapsağlam idi. Hamı bilir ki, onun hətta başağrısı da yox idi. Lakin indi deyirlər ki, o, xəstə olduğu üçün ölüb. Ərimə də xəbərdarlıq ediblər ki, heç bir mediaya müsahibə verməyin, yoxsa atanızı yandırarıq.
Bizə qardaşımın xəstəlikdən öldüyünü desələr də, Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan məhbuslar qardaşımın işgəncədən əzilmiş qanlı bədənini gördüklərini bildiriblər. Qardaşımı bir gecəliyə həmin məhbusların yanına salıbmışlar”.
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed