Şrift:
AŞPA sədri Parisdə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
14.11.2012 [10:49] - Xəbərlər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan-Klod Minyon noyabrın 13-də Monitorinq Komitəsinin yığıncağı ilə əlaqədar Parisdə səfərdə olan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Jan-Klod Minyon rəhbərlik etdiyi təşkilatın münaqişənin sülh yolu ilə tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib, ATƏT-in Minsk qrupunun bu istiqamətdə apardığı səyləri dəstəklədiyini və AŞPA-nın qrupa hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib.

AŞPA sədri və nümayəndə heyətlərinin rəhbərləri münaqişənin həlli istiqamətində belə görüşlərin mühüm rolunu vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed