Şrift:
Qarabağ erməniləri kəndləri boşaldır.
15.11.2012 [15:33] - Xəbərlər, Hadisə
Bu isə bütün Ermənistan üçün sonun başlanğıcı deməkdir

Şaiq Aslanov
Xocavənd rayon Axullu kənd sakini


Ermənistan dövlətinin əsasız torpaq, ərazi iddiası ilə başladığı müharibənin get- gedə Dağlıq Qarabağın kəndlərini necə ehtiyac girdabına yuvarladığını onların özləri artıq etiraf etmək məcburiyyəti ilə üz- üzə qalıblar. Bu isə bütün Ermənistan üçün sonun başlanğıcı deməkdir.

Rus dilli və ən çox oxunan erməni saytından götürülmüş yazını olduğu kimi nəzərinizə çatdırmazdan əvvəl bir neçə qeydlərimi bölüşməyi lazım bildim

Yazıda “Ухтадзор” kimi verilən kənd əslində Xocavənd rayonunun Edilli kəndidir. Adı çəkilən “Hадрут rayonu” isə Azərbaycan respublikasının qanunu ilə ləğv olunmuşdur və Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkibində qəsəbə statusundadır.

Bu yazı –müsahibədə diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, işsizlik və sair səbəblərdən kəndləri tərk edən gənclər özləri ilə bərabər yaxınlarını da aparırlar ki, bu da onların hazırda Dağlıq Qarabağda zor gücünə tədbiq olunan rejimin gələcəyinə zərrə qədər də olsun ümidlərinin olmamasından irəli gəlir.

Bununla yanaşı bu yazı eyni zamanda üç əsas məqamı özündə əks etdirir.

Müsahibəsi verilmiş Mikael Melkumyan vaxtı ilə milis zabiti, orta məktəbdə müəllim və uzun müddət böyük bir sovetliyin sədri işləmişdir. 1990- cı illərə qədər yaxşı dolanışığı və təmin olunmuş şəraiti ilə fərqlənən birinin bu gün ehtiyac içində ümidsizcəsinə çabaladığı halda hələ o zamanlar az təmin olunmuş ailələrin (əgər orada qalanları varsa) hansı vəziyyətdə olmaları haqqında isə artıq heç bir şərhə ehtiyac yoxdur. Müsahibədən də göründüyü kimi həqiqətən də Ermənistan respublikası güc və təziqlər yolu ilə Dağlıq Qarabağda bir hərbi xunta yaradıb və bu rejimin qorunub saxlanması üçün işsizlik və səfalət içində boğulan, başqa çıxış yolu olmayan yerli gəncləri müqavilə yolu ilə hərbi qulluq və bu kimi digər işlərə cəlb edirlər. Mənim və eləcə də o bölgədən olan hər bir kəsin yaxşı yadındadır ki, adı qeyd olunan Edilli kəndi Dağlıq Qarabağın ən böyük və abad kəndlərindən biri idi. Bu gün həmin kəndi 1989-90-cı illərdə artıq boşalmaq ərəfəsində olan ucqar kəndlərlə müqayisə etməli olsaq, o zaman həmin kəndlərin artıq çox-çox əvvəllər boşalması və orada heç kimin yaşamaması nəticəsinə gələrik ki, bu da elə əsil həqiqətin özüdür.

Əlavə: mənim və məndən yaşlı nəslin də yaxşı xatırladığı kimi vaxtı ilə 250- 300 şagirdin təhsil aldığı Edilli kənd orta məktəbində indi onların özlərinin də etiraf etdikləri kimi 52 şagirdin təlim tərbiyəsi ilə 38 müəllimin məşğul olması faktı bir kəndin timsalında ümumilikdə Dağlıq Qarabağdakı erməni yaşayış məntəqələrindəki demoqrafik vəziyyəti özündə tam əks etdirir.
Bu xəbər oxucular tərəfindən 2001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed