Şrift:
Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb
03.11.2020 [11:24] - Gündəm, İqtisadiyyat
Naxçıvan Beynəlxalq Hava Limanında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.

Beynəlxalq Hava Limanının Əsaslı Tikinti və Yerüstü Qurğuların İstismarı üzrə direktor müavini İlham Hüseynov bununla bağlı keçirilən tədbirdə çıxış edərək, mövsümlə əlaqədar ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulan bütün işlərin yerinə yetirildiyini bildirib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında qış mövsümünün soyuq və qarlı keçməsi ilə əlaqədar olaraq hava gəmilərinin təhlükəsiz enib-qalxmasını təmin etmək məqsədilə xüsusi avtonəqliyyat vasitələri tam saz vəziyyətə gətirilib. Texniki heyətlə məşğələlər keçirilib və uçuç-enmə zolağı, dönmə yollarının, perron ərazisinin qardan təmizlənmə proseduru işlənib hazırlanıb.

İlham Hüseynov onu da bildirib ki, 1 “Volvo”, 1 “Man”, 2 “Mercedes” markalı qartəmizləyən, 1 “Supra” markalı qaratan və 1 “Damman” markalı buz əleyhinə mayesəpən avtonəqliyyat vasitələri istənilən qarlı hava şəraitində uçuş-enmə zolağını, dönmə yolları və perron ərazisini qardan və buzlaşmadan təmizləməyə imkan verir. Ən son model olan avadanlıqla uçuş-enmə zolağının sürüşmə əmsalı hesablanır və təlimata uyğun olaraq işlər yerinə yetirilir. Hava gəmilərinin buzlaşmasına qarşı emal üçün nəzərdə tutulmuş “ISUZU” və “Qlobal” markalı maşınlar tam saz vəziyyətə gətirilib.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed