Şrift:
İranda qadınlara xarici pasport verilməsi məhdudlaşdırılır
16.11.2012 [12:12] - Gündəm, Güney Azərbaycan xəbərləri
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası yaşı 40-dan aşağı olan subay qadınlara xarici pasport verilməsinin məhdudlaşdırılması layihəsinə səs verib.komissiyanın sözçüsü Hüseyn Nəqəvi jurnalistlərə açıqlamasında deyib: “Bundan sonra yaşı 40-dan aşağı olan subay qadınlar xarici pasport almaq üçün ya atalarının və himayəsi altında yaşadığı qəyyumunun yazılı icazəsini təqdim etməlidir, ya da şəriət hakiminin bu haqda hökmü olmalıdır”. İranın hazırkı pasport qanununa görə, xarici pasport almaq istəyən evli qadınlar öz ərlərinin və ya şəriət hakiminin yazılı icazəsini təqdim etməlidir.
Bu xəbər oxucular tərəfindən 2295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed