Şrift:
Türkiyədə son 24 saatda koronavirusdan 185 nəfər ölüb
30.11.2020 [10:26] - Xəbərlər, Sosial
Türkiyədə son sutka ərzində koronavirusdan 185 nəfər dünyasını dəyişib.

Anadolu informasiya agentliyi xəbər verir ki, son 24 saatda 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin COVID-19 testi pozitiv çıxıb. Ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb. Ölkədə koronavirusdan sağalanların sayı 400 min 242-ə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 213 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed