Şrift:
Düşənbə 2021-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub
06.01.2021 [10:18] - Xəbərlər, Siyasət
Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə MDB-nin mədəniyyət paytaxtı, İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən isə turizm şəhəri elan olunub

Bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi məlumat yayıb. Qeyd edilir ki, 2021-ci il ərzində bununla bağlı Düşənbədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Statistik məlumata görə, hazırda Düşənbədə 37 mehmanxana, 42 əyləncə mərkəzi, 25 bazar, 91 ticarət mərkəzi, 17 mədəniyyət və istirahət parkı, 7 professional teatr, 306 müalicə-profilaktika müəssisəsi və digər xidmət sahələri fəaliyyət göstərir.

Xatırladırıq ki, 2020-ci ildə Qazaxıstanın Çimkənd şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.
Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed