Şrift:
Yukio Amano: “Sanksiyalar İranın nüvə proqramının sürətinə təsir göstərə bilməyib”
22.11.2012 [11:29] - Gündəm, Güney Azərbaycan xəbərləri
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano noyabrın 20-də jurnalistlərə İranın nüvə fəaliyyətindən danışıb.Yukio Amano deyib ki, beynəlxalq sanksiyalara baxmayaraq İran nüvə fəaliyyətini davam etdirir: “Sanksiyalar İranın nüvə proqramının sürətinə təsir göstərə bilməyib. İran sabit bir templə uranı 5 faizdən 20 faizə qədər zənginləşdirir.
Biz elə bir yol tapmalıyıq ki, həm İran dinc nüvə enerjisindən bəhrələnə bilsin, həm də üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət edərək atom silahı istehsal etmək niyyətində olmadığını sübuta yetirən dəlil-sübutlar ortaya qoysun”.
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed