Şrift:
Türkiyədə məhkəməsi gedən PKK-çı İran və Ermənistanın terror təşkilatına dəstək verdiyini bildirib
23.11.2012 [10:21] - Xəbərlər, Gündəm
“PKK-nın Ermənistanda iki təşkilatı və satın aldığı ikimərtəbəli binası var. Bu evlər əsasən PKK mənsublarının müalicəsində istifadə edilir. Vəziyyəti ağır olanlar Ermənistana, yarası yüngül olanlar isə İraqın şimalına göndərilir”.
Türkiyə mətbuatının verdiyi məlumata görə, bu sözləri Türkiyədə həbs olunmuş PKK terrorçusu Əhməd Günəş Ərzurum 2-ci Ağır Cəza Məhkəməsinə ifadə verərkən deyib. O bildirib ki, PKK-nın Ermənistandakı evləri bu ölkə kəşfiyyat orqanının binasının yaxınlığında yerləşir.

Ə. Günəş İranın da PKK-ya dəstək verdiyini, İran kəşfiyyatının PKK ilə yaxın əlaqələri olduğunu və terrorçulara silah verdiyini söyləyib.

“Silahlı terror təşkilatına üzvlük”də ittiham olunan Ə. Günəşin 15 ildən 20 ilə qədər həbs cəzasına məhkum olunacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed