Şrift:
Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir
29.01.2021 [09:25] - Xəbərlər, Türk dünyası-Turan
Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir və bunu yüksək qiymətləndirir.

Bu sözləri Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasına həsr olunan onlayn vebinarda söyləyib.

Diplomat deyib ki, Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı son illər yüksək səviyyəyə çatıb və mühüm əhəmiyyət kəsb edən əməkdaşlıq nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi ilə nəticələnib.

Qeyd edib ki, Cənub Qaz Dəhlizi bölgədə tərəqqi və sabitliyə, həmçinin Avropa və Avroatlantik məkanın enerji təhlükəsizliyinə töhfə verir.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed