Şrift:
Türkiyədə 4.5 bal gücündə zəlzələ baş verib
12.02.2021 [11:11] - Xəbərlər, Hadisə
Türkiyənin Kastamonu şəhərində fevralın 12 -də Ankara vaxtı ilə saat 06:37-də Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı 6,95 kilometr dərinlikdə yerləşib.

Ətraf bölgələrdə də hiss olunan yeraltı təkanlar yerli əhalidə böyük təşviş yaradıb. Yerli bələdiyyədən verilən məlumata görə, hələlik zəlzələnin mənfi təsiri barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, Anadolu yer kürəsində ən həssas tektonik bölgələrdən biri hesab olunur. Hazırda bu bölgədə seysmoloji aktivlik yüksəlib. Dörd bal ətrafında zəlzələ demək olar ki, hər gün baş verir.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed