Şrift:
Qaradağ Zəlzələ bölgəsindən yeni video
27.11.2012 [10:05] - Güney Azərbaycan xəbərləri
Soyuq hava Güney Azərbaycanın Qaradağ zəlzələ bölgəsindəki həyatı iflic vəziyyətə salıb. Artıq havanın tempraturu sıfır dərəcəsindən aşağı düşüb. Qaradağ zəlzələ bölgəsindən gələn yeni video və xəbərlər İran rejiminin bu bölgədə heç bir iş görmədiyi, zəlzələnin baş verməsindən aylar keçsə də dövlət dəstəyindən uzaq qalan əhali olduqca ağır vəziyyətdə yaşayır. Ötən həftə Vərziganın İran məclisindəki təmsilçisi Dehqan Allahverdi zəlzələdən zərər çəkənlarin 75 faizi daha məskunlaşdırılmadığı xəbərini vermişdi. Onun sözlərinə görə, Qaradağda yaşayan zəlzələdən zərər çəkmiş insanlar çox çətin şəraitdə yaşayırlar və indiyə qədər dövlət tərəfindən verilən vədlər yerinə yetirilməyib. O sözlərinin ardınca bildirib ki 1 milyon tümən mali yardım Doğu Azərbaycan valiliyi tərəfindən,ayrı seçkilik bir şəkildə zəlzələ çəkənlər arasında dağıltılmaqdadır.
Bu xəbər oxucular tərəfindən 1250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed