Şrift:
ABŞ-da masaj salonlarına hücumlar nəticəsində 7 nəfər ölüb
17.03.2021 [11:07] - Xəbərlər, Hadisə
ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) bir neçə silahlı hücum baş verib.

TASS-a istinadən xəbər verir ki, ilk hücum Atlanta yaxınlığında Çeroki dairəsində yerləşən masaj salonuna edilib. Silahlı şəxs salona daxil olaraq odlu silahdan 3 nəfəri qətlə yetirib, 2 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.

Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.

Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed