Şrift:
İsmayıl bəy Qutqaşınlının hekayəsi İranın ədəbiyyat jurnalında dərc olunub
17.03.2021 [11:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın populyar “Qürub” ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlının fars dilinə tərcümə edilmiş “Rəşid bəy və Səadət xanım” hekayəsini dərc edib.

Bu barədə Azərbaycan Tərcümə Mərkəzindən bildirilib.

Qeyd edək ki, 2016-cı ildən nəşrə başlamış jurnal öz səhifələrində müntəzəm olaraq Vilyam Şekspir, Avqust Strindberq, Arseni Tarkovski, Tomas Tranströmer kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed