Şrift:
Böyük Britaniyada tətbiq olunan bəzi məhdudiyyətlər aprelin 12-dən etibarən aradan qaldırılacaq
06.04.2021 [09:25] - Xəbərlər, Sağlıq
Koronavirus pandemiyasına görə Böyük Britaniyada tətbiq olunan məhdudiyyətlərin bəziləri aprel ayının 12-dən etibarən qaldırılacaq

Bu mərhələ, Krallıqda normallaşma yolundakı ikinci addımdır.

Baş nazir Boris Conson brifinqdə çıxışı zamanı aprelin 12-dən etibarən ölkədə mağazaların, bərbərlərın, idman zallarının və kitabxanaların yenidən açılacağını söyləyib. Restoranlar isə açıq hava şəraitində xidmət edəcəklər.

Buna baxmayaraq ölkədə beynəlxalq səyahət qadağası davam edir. Mayın 17-dən etibarən beynəlxalq səyahətlərin başlayacağına ümid etdiyini deyən Baş nazir, ancaq bunu qəti şəkildə söyləməyin hələ tez olduğunu bildirib.

B.Conson simptomları olmayan insanları mütəmadi olaraq testdən keçməyə çağırıb. Həmçinin o, insanların xəstəliyi keçirdiklərini və ya peyvənd olunduqlarını göstərən koronavirus sertifikatı adlanan sənəd üzərində iş aparıldığını açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed