Şrift:
Danimarka suriyalı qaçqınları vətənlərinə qaytarmaq istəyir
22.04.2021 [10:14] - Xəbərlər, Siyasət
Danimarka suriyalı qaçqınları vətənlərinə qaytarmaq istəyir

Ölkə ekspertləri Suriyanın paytaxtının və ətraf şəhərlərinin qaçqınların qayıtması üçün kifayət qədər təhlükəsiz olduğu qənaətindədirlər.

Suriyanın böyük bir hissəsində gedən döyüşlər doğurdan da səngiyib və bu həftə buna əsaslanan Danimarka hökumətinin səlahiyyətliləri, analitik və aktivistlər bu ölkədən olan qaçqınların qaytarılması barədə düşünməyə çağırıblar.

Danimarkada 33 minə yaxın suriyalı qaçqın yaşayır, bu da 2011-ci ildə bu qanlı vətəndaş müharibəsi başlayandan bəri bu Yaxın Şərq ölkəsini tərk edən 5.6 milyon vətəndaşın kiçik bir hissəsidir.

Danimarka əhalisinin yalnız yüzdə 9-u mühacirlər təşkil etməsinə baxmayaraq, immiqrasiya və qaçqın problemləri ilə bağlı mübahisələr son illər ölkənin siyasi həyatında əsas müzakirə mövzusuna çevrilib. Bunu nəzərə alan Danimarkadakı siyasi partiyaların əksəriyyəti mövcud miqrasiya və inteqrasiya qanunların sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edir. Lakin suriyalı qaçqınların geri qaytarılması qərarı hələlik verilməyib.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed