Şrift:
PUA heyətləri təlim tapşırıqlarını icra edir
18.05.2021 [11:17] - Xəbərlər, Siyasət
Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) da cəlb olunduğu təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlər çərçivəsində PUA heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.

PUA heyətləri, həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed