Şrift:
Ermənistan ordusunun zabiti sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törədib
01.06.2021 [10:11] - Gündəm, Hadisə
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra nizam-intizamın daha da aşağı düşdüyü Ermənistan ordusunda qalmaqallı hadisələrin sayı getdikcə artır. Növbəti belə hadisələrdən biri Ermənistan ordusunun sərxoş zabiti tərəfindən törədilib.

Erməni KİV-lərinə istinadla xəbər verir ki, artilleriya alayının zabiti Gevork Petrosyan dostları ilə birgə içki məclisində xeyli spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə şəxsi avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində iki mülki şəxs xəsarət alıb. Zabit isə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed