Şrift:
Əfqanıstanda İran konsulluğu daşa basıldı
11.12.2012 [10:23] - Gündəm, Güney Azərbaycan xəbərləri
İranın Əfqanıstanın Herat şəhərindəki baş konsulluğu daşa basılıb.
Dekabrın 9-da baş konsulluq binası qarşısında toplaşan 150-yə yaxın Əfqanıstan vətəndaşı üç ay əvvəl İran sərhədini keçərkən yoxa çıxan 13 əfqanın taleyinin qaranlıq qalmasına etiraz bildirib.
Aksiyaya qatılan 13 əfqanın valideynləri jurnalistlərə deyiblər ki, onlarda olan məlumata görə, üç ay əvvəl iş tapmaq üçün İrana gedən övladları İran sərhədçilərinin açdığı atəş nəticəsində öldürülüblər. Valideynlər İran hökumətindən övladlarının meyitlərini Əfqanıstana qaytarmağı tələb ediblər.
“Əhmədinejada ölüm”, “İran əfqanların ən böyük düşmənidir” və “Amerikanın İrana hücumunu dəstəkləyirik” şüarları səsləndirən aksiyaçılar daha sonra İranın baş konsulluğunun binasını daşa basaraq İran bayraqlarını cırıb atıblar.
Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed