Şrift:
Ümumdünya Səhiyyə Təşkilatının regional ofisi ilk dəfə Azərbaycan dilində onlayn kurs təşkil edib
29.07.2021 [10:59] - Gündəm, Sosial
Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının regional ofisi “OpenWHO” platformasında Azərbaycan dilində ilk onlayn kurs – “İnfeksiyanın profilaktikası və nəzarəti (İPN) üzrə liderlik və proqramın idarə edilməsi” kursunu tərcümə edərək tibb işçilərinin istifadəsinə verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən verilən məlumata görə, kurs xəstəxana İPN komitələrinin üzvləri üçün nəzərdə tutulub.

Kurs layihələrin idarə edilməsi və keyfiyyətin yüksəldilməsi üçün multimodal strategiyalar barədə lazımi bilik və bacarıqlar verməklə səhiyyə müəssisələrində İPN-lə bağlı vəziyyəti yaxşılaşdırmaqdır.

Səhiyyə müəssisəsi rəhbəri və ya xəstəxana İPN komitəsi üzvləri “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsində təşkil edilən kursu keçməyə dəvət edilirlər. Kursun sonunda keçiriləcək onlayn testdə ən azı 70 faiz nəticə əldə edən səhiyyə işçilərinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elektron sertifikat təqdim ediləcək.

Ətraflı məlumat və qeydiyyat üçün müvafiq olaraq https://openwho.org/pages/stories-from-the-field-azerbaijan və https://openwho.org/courses/IPC-leadership-AZ linklərinə keçid etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed