Şrift:
İran rejimindən növbəti erməni sevgisi
12.12.2012 [09:42] - Gündəm, Güney Azərbaycan xəbərləri
İran İslam Respublikasının Ermənistandakı səfiri Məhəmməd Rəisi İrəvanda Əlyazmalar İnstitutunda “İki millət, iki mədəniyyət və iki din” mövzusunda keçirilmiş konfransındakı çıxışında İranda yaşayan azərbaycanlılar və digər millətlərdən fərqli olaraq farsların ermənilərlə tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, hazırda İranda yüzlərlə erməni kilsələrinin fəaliyyət göstərdiyini, bu millətin parlamentində 2 deputatla təmsil olunduğunu bəyan edib.

Bu barədə davam.az-a Güney Azərbaycan tələbələrindən biri məlumat verib.

Məlumatda bildirilir ki, İran-Ermənistan münasibətlərindən danışan səfir M.Rəisi İran və Ermənistanın “iki xalq, tək allah, iki dinə” mənsub olduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed