Şrift:
İranda gizli yayımlanan TV şəbəkə aşkar edilib
13.12.2012 [11:13] - Güney Azərbaycan xəbərləri
İranda xarici peyk antenalarından yayımlanan və sözdə xarici xüsusi xidmət orqanlarına bağlı olan qanunsuz televiziya şəbəkəsi aşkar edilib.
Bu barədə Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi açıqlama verib.
“Mehr” xəbər agentliyinin məlumatına görə, Dövlətabadi bildirib ki, aşkar edilən TV şəbəkə Bəhai dini cərəyanın təbliğatı ilə məşğul olub: “ Qanunsuz fəaliyyət göstərən TV şəbəkədə islam dəyərlərinə və İran hökumətinin qanunlarına zidd proqramlar hazırlandığını aşkar etdik. Hüquq- mühafizə orqanlarının Tehranda 10 evdə apardığı əməliyyat nəticəsində televiziya şəbəkəsində çalışan 28 nəfər həbs edilib”.
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed