Şrift:
Fərəc Quliyevlə gənclərin görüşü keçiriləcək!
13.12.2012 [14:56] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Müstəqilliyə imza atan 43 nəfərdən biri, Konstitusiya Aktını hazırlayan 3 nəfərdən biri, döyüşçü, Milli Dirçəliş Hərəkatı Partiyası başqanı, 5 kitabın müəllifi, Millət Vəkili, özünü millətinin 50 milyonuncu əsgəri hesab edən Fərəc Quliyevlə gənclərin görüşü keçiriləcək.

Görüşdə MDHP gəncləri ilə yanaşı, dost partiyaların, müxtəlif təşkilatların gəncləri də iştirak edəcək.

20 dekabr saat 13:30-da başlayacaq tədbirdə ölkədəki və regiondakı ictimai-siyasi durum, MDHP-nin baxışları və gənclər siyasəti, o cümlədən gənclərin problemləri müzakirə olunacaq.

Ünvan: Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi, İçərişəhər m. İstiqlaliyyət 8. Tel: 012 567 11 80; 050 562 89 81; 055 564 03 36
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed