Şrift:
Muxtar respublikada dezinfeksiya tədbirlərinin əhatə dairəsi genişləndirilib
01.09.2021 [10:07] - Gündəm, Sağlıq
Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhərində yerləşən bir sıra dövlət qurumları, özəl müəssisələr, muzeylər, məscid, tarixi abidələr və onların ətrafları xüsusi qruplar və dezinfeksiya avtomobili vasitəsilə dezinfeksiya olunub.

Muxtar respublika üzrə dezinfeksiya tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin, ümumilikdə, 8 dezinfeksiya avtomobili cəlb edilib.
Bu xəbər oxucular tərəfindən 1390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed