Şrift:
Lavrov, Zatulin və Jirinovskidən Azərbaycana qarşı kim istifadə edir? – Fərəc Quliyevdən CAVAB
15.09.2021 [00:44] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiyanın XİN rəhbəri Lavrovun Dumaya spiker seçiləcəyi barədə şayiələr dolaşır. Şimal qonşumuzda yeni xarici işlər naziri olacağı təqdirdə Moskva-Bakı münasibətlərində hansı dəyişikliklər realdır?

“Bəzən xarici işlər nazirinin mövqeyini, yaxud da Jirinovskinin mövqeyini fərdiləşdirməyə çalışırlar. Amma belə deyil. Bu, Moskvanın mövqeyidir və bəzən Jirinovskidən, Lavrovdan, hərdən də Zatulindən istifadə edirlər” deyən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev əlavə etdi ki, Rusiyanın Azərbaycana münasibəti dəyişməlidir.

Bizim.Media ilə dialoq zamanı partiya sədri həmçinin bildirdi ki, Rusiya öz siyasətini dəyişməsə, belə personaların yerdəyişməsi Azərbaycana münasibəti dəyişməyəcək:

“Hesab edirəm ki, Lavrovun yerinə başqa xarici işlər naziri gəlsə belə, Azərbaycana münasibətdə dəyişikliklər gözlənilmir. Azərbaycan Rusiya ilə bərabərhüquqlu ikitərəfli münasibət və əməkdaşlıqda maraqlıdır. Bununla yanaşı Azərbaycan dövlətin daxili işlərinə Rusiyanın qarışmamağında israrlıdır. Belə olacaqsa, münasibətlərin inkişafından danışmaq mümkündür”.

Bizim.Media
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed